“Sony” şirkətinin yeni sistem yeniləməsi prosessorları kritik boşluqdan qoruyacaq

   Təhlükəsizlik sisteminin yenilənməsi prosessorları “Spectre” və “Meltdown” alqoritmlərindən qoruyacaq.

Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki, “Sony” şirkəti “Xperia XZ”, “XZs” və “X Performance” smartfonları üçün “41.3.A.2.58” nömrəsi altında təhlükəsizlik yeniləməsi çıxarıb. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. Sözügedən yeniləmə ilk növbədə smartfonları prosessorları kritik boşluğundan  qoruyacaq.
Yeni təhlükəsizlik sistemi “Spectre” və “Meltdown” boşluqlarını aradan qaldıracaq. Bu alqoritmlər prosessorun məlumatlarına müdaxiləyə imkan verir.
Hər üç smartfon “Qualcomm Snapdragon 820” prosessoru ilə təchiz edilib. Yeni sistem yeniləməsi ölkədən asılı olaraq tədricən qurulacaq.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir