Qurban Qurbanovun qərarı Rusiya mətbuatının gündəmində – VİDEO

Dünən “Qarabağ” və Rusiyanın “Kuban” klubları arasında baş tutan matçda futbol meydanlarında nadir hallarda biri yaşanıb.

Beynelxalqinfo.com xəbər verir ki, oyunun 40-cı dəqiqəsində türk hakim qonaq komandanın qapısına səhv penalti təyin edib. Bu vəziyyət hər iki komandanın oyunçularını təəccübləndirib. Lakin komandamızın baş məşqçisi Qurban Qurbanov 11 metrlik cərimə zərbəsini yerinə yetirən Mahir Mədətova topu qapıdan kənara vurmasını deyib və gənc oyunçu məşqçisinin tapşırığını yerinə yetirib.

Belə bir jest həm “Kuban” komandasının oyunçuları, həm də oyunu izləyən azarkeşlər tərəfindən alqışlanıb. Rusiya mətbuatı da bu hadisəyə bigəna qalmayıb.

Qeyd edək ki, matç 2:2 hesabı ilə bərabərə bitib. /milli.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir