İsa Qəmbər evə buraxıldı

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bu gün müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb.

 Beynelxalqinfo.com xəbər verir ki, bu barədə Report-a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, İsa Qəmbərin səhhəti normaldır, o, özünü yaxşı hiss edir: “İsa bəy müalicəsini ev şəraitində davam etdirəcək”.

İ.Qəmbərin həyat yoldaşı Aidə Qəmbər deyib ki, hazırda İsa Qəmbər evdədir: “Hər şey qaydasındadır”.

Qeyd edək ki, ötən həftə Mərkəzi Klinikaya yerləşdirilən İ.Qəmbərin ürəyinə bir neçə stent qoyulub.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir