“Apple” istifadəçilərə “iPhone” prosessorunun məhsuldarlığını azaldan funksiyanı deaktiv etməyə imkan verəcək

“Apple” şirkətinin baş direktoru Tim Kuk bəyan edib ki, “iOS 11” mobil əməliyyat sisteminin növbəti yeniləməsi sayəsində istifadəçilər prosessorun sürətini azaldan funksiyanı deaktiv etmək imkanı əldə edəcəklər. Bu haqda “The Vergem” nəşri məlumat yayıb.

Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki, “istifadəçilər artıq akkumulyatorun vəziyyətinə özləri nəzarət edə biləcəklər, ona görə bu yeniləmə şəffaflığa səbəb olacaq” – Kuk deyib.

Onun sözlərinə görə, qurğu istifadəçini prosessorun məhsuldarlığının azalması haqda xəbərdar edəcək, ona görə bu funksiyanı istənilən an deaktiv etmək mümkün olacaq. Sözügedən yeniləmə cari ilin martında geniş istifadəçi kütləsi üçün əlçatan olacaq.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir