“Android” sistemi üçün ən güclü viruslardan biri aşkar edilib

“Kasperski Laboratoriyası” “Android” mobil əməliyyat sistemində “WhatsApp” messencerindən mesajları oğurlayan virus aşkar ediblər. Troyan simsiz şəbəkələrə qoşulur, məxfi fotoşəkillər çəkir, həmçinin SMS-ləri, kontaktları, parolları və kredit kartlarının nömrələrini oğurlayır.
Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətin’ istinadən xəbər verir ki, söhbət nəhəng mobil operatorların saxta saytları vasitəsilə yayılan “Skygofree” virusundan  gedir. Həmin saxta saytlarda istifadəçilərə internet qoşulmanı sürətləndirən proqram quraşdırmaq təklif edilir.

“Kasperski Laboratoriyası” bu troyanı “Android” sistemi üçün ən güclü casus alətlərindən biri adlandırıb.
Virus mobil qurğu üzərində nəzarəti, demək olar ki, tam ələ keçirir: qurğunun yerini izləyə, diktofonu qoşa, mobil rabitəyə, “Bluetooth” və “Wi-Fi” modullarına nəzarət edə, “Facebook Messenger”, “Skype”, “Viber” və “WhatsApp” kimi mobil proqramları idarə edə bilir. Zərərli proqram təminatı yazışmanı “oxumaq” və mesaj göndərmək qabiliyyətinə malikdir.

Ekspertlər hesab edirlər ki, sözügedən virus İtaliyada hazırlanıb.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir