WhatsApp spamlarla mübarizəyə başlayır – Yeni xidmət

WhatsApp hər gün öz platformasına yeni funksiyalar əlavə etməyə davam edir.

  Beynelxalqinfo.com xəbər verir ki, şirkət daha bir funksiyanı sınaqdan keçirməyə başlayıb.

Bu haqda WABetaInfo bloqunda məlumat verilib.

Belə ki, yeni özəllik  spam mesajlarının qarşısının alınmasını məqsəd qoyub.

Test sınaqlarında qeyd edilir ki, WhatsApp spam mesajlarına görə istifadəçiyə xəbərdarlıq edəcək. Bununla da şirkət spam mesajları sayəsində yayılan reklam və saxta xəbərlərin qarşısını alacaq.

WhatsApp yeni funksiya  ilə  25-dən çox istifadəçiyə göndərilən mesajları spam olaraq qeyd edəcək.

Bildirilir ki, WhatsApp spam mesajını qeyd etdikdən sonra istifadəçiyə bunun 25-dən çox adama göndərildiyi və spam olduğu barədə xəbərdarlıq edəcək.

Hazırda məhdud sayda  istifadəçilər üçün test edilən funksiyanın  təqdim ediləcəyi vaxt məlum deyil. WABetaInfo iddiasına görə, test mərhələsində olan xüsusiyyət Android və iOS istifadəçiləri üçün yeni bir yeniləmə ilə təqdim olunacaq.(xeberler.az)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir