Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşüb

Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.

Beynelxalqinfo.com xəbər verir ki, Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 – 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.

B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul – 5 avqustda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.

B divizionunda çıxış edəcək U-20 isə Litva, Belçika, Belarus və Makedoniyaya rəqib olub. Bu komandaların yer aldıqları A qrupunun oyunları 13 – 22 iyulda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.(report)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir