Minlərlə istifadəçi Apple şirkətini məhkəməyə verdi

Məlum olduğu kimi, bir müddət öncə Apple iPhone batareyalarının zəiflədiyini qəbul edərək bu barədə açıqlama verib. Şirkət yaranan problemə görə üzr istəyib.

Bu hadisədən sonra Apple istifadəçiləri məhkəməyə üz tutmağa başladı.

Müştərilər iddia edir ki, Apple özü bilərəkdən cihazlarının keyfiyyətinin aşağı düşməsinə şərait yaradıb. Onlar qeyd edir ki, şirkətin bu probleminə görə  yeni iPhone almaq məcburiyyətində qalırlar.

Bu səbəbdən də ötən  dəfə bir istifadəçi 99 milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət etdi.

  Beynelxalqinfo.com məlumat verir ki, indi də Cənubi Koreyada  370.000 nəfər şirkətə məhkəmə açıb.

Məlumatlara görə, yerli məhkəmə əvvəlcə Apple-a bir məqalə göndərəcək və ona qarşı irəli sürülən ittihamlara cavab verməsini tələb edəcək.

Yerli məhkəmə Apple-dan şikayətçi olan hər bir iddiaçıya 2 min dollar ödənilməsini istəyir.(xeberler.az)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

 

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir