Hazırlaşın, ‘John Wick’ üzrə serial gəlir

Yeni layihə muzdlu qatillərin gizli dünyasının təfərrüatlarından danışacaq.

  Starz kanalı Lionsgate studiyası ilə birlikdə The Continentaladlı televiziya serialı hazırlayır.

Beynelxalqinfo.com xəbər verir ki, serialdakı hadisələr “John Wick” film seriyasının dünyasında cərəyan edəcək. Serialın süjet xəttinin mərkəzində isə muzdlu qatillərin yaşadıqları və fəaliyyət göstərdikləri Continental oteli olacaq. “John Wick” film seriyasının yaradıcılarından biri olan və hər iki filmə rejissorluq etmiş Chad Stahelski serialın ilk epizodunu çəkəcək və həmçinin serialın prodüsserliyini də öz öhdəsinə götürəcək.

Starz kanalı söz verib ki, “The Continental” serialı izləyiciləri maraqlı atışma və döyüş səhnələri ilə heyran edəcək. Həmçinin serialda olacaq bəzi personajların “John Wick 3” filmində də geri dönəcəkləri ehtimalı var.Keanu Reeves-ə gəldikdə isə o, serialda epizodik rolu canlandıracaq. Əsas üstünlük isə yeni personajlara veriləcək. Onu da qeyd etmək lazımdır ki, “John Wick 3” filminin premyerası 17 May 2019-cu il tarixində baş tutacaq.(echnote.az)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir