Google-dan daha bir maraqlı proqram

Google mütəxəssisləri obrazların tanınması və maşın təliminə əsaslanan, “Google Arts & Culture” layihəsi üçün rəqəmsallaşdırılmış incəsənət əsərlərinin geniş arxivində smartfon kamerası ilə çəkilmiş avtoportret üzrə oxşarların axtarılmasına imkan verən alqoritm hazırlayıblar.

 Beynelxalqinfo.com məlumat verir ki, istehsalçılar bu alqoritm əsasında bir növ mini-oyun yaradaraq, onu Android və iOS əməliyyat sistemləri üçün əlçatan olan “Google Arts & Culture” proqramına quraşdırıblar.

Proqram layihənin məlumat bazasında istifadəçinin selfisinə oxşar portreti və ya heykəli tapır. Selfi və onun oxşarının yan-yana yerləşdirildiyi, həmçinin oxşarlıq faizinin göstərildiyi təsviri sosial şəbəkələrdə paylaşmaq mümkündür.

Sosial şəbəkələrdə #googleartsandculture həştəqi ilə dərc edilən şəkillərə əsasən, alqoritmin çox vaxt detalları yaxşı “aşkar etdiyini”, lakin bütöv bir şəkili nadir hallarda “gördüyünü” demək olar. Bəzən portretlərdəki insanların cinsiyyəti də uyğun gəlmir. Yeni funksiya hələ ki, yalnız ABŞ-da yaşayan “Arts & Culture” istifadəçiləri üçün əlçatandır.(xeberler.az)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir