Adolf Hitlerin zirehli avtomobili hərraca çıxarılıb

Nasist Almaniyasının lideri Adolf Hitler tərəfindən istifadə olunan zirehli avtomobil ABŞ-da “Worldwide Auctioneers” hərrac evində satışa çıxarılıb.

Beynelxalqinfo.com xəbər verir ki, qeyri-adi dizayna malik olan və üstü açılan minik avtomobilinin bu həftə hərracda milyonlarla dollara satılacağı gözlənilir.

Yanvarın 17-də Arizona ştatında keçiriləcək hərracdan əldə olunan gəlir xeyriyyə təşkilatının hesabına köçürüləcək.

Qeyd edək ki, 1939-cu ildə istehsal edilən “Mercedes-Benz 770 Grosser Offener” modeli indiyədək satışa çıxarılan ən tarixi əhəmiyyətli avtomobil hesab olunur.

Dövrünün ən son texnoloji nailiyyətləri özündə əks etdirən dörd nəfərlik avtomobildə İtaliya siyasətçisi Benito Mussolininin Münhenə dövlət səfəri zamanı istifadə olunub. Avtomobildən həmçinin nasistlərin fransızlar üzərində qələbəsi münasibətilə 1940-cı ildə Berlində keçirilən parad zamanı istifadə olunub.

7.7 litr mühərrikli və 230 at gücünə malik olan avtomobilin maksimal sürəti saatda 100 kilometrdir. Nəqliyyat vasitəsi qalınlığı 30 mm olan gülləkeçirməyən şüşələrə malikdir.

Avtomobildən sonuncu dəfə nasist Almaniyasının Yuqoslavia və Yunanıstan üzərində qələbə qazanması münasibəti ilə 1941-ci ilin mayın 4-də A.Hitlerin iştirakı ilə Berlində keçirilən parad zamanı istifadə olunub.(report)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir