60 saniyədə əmlak sahibi olun

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 yanvar tarixində növbəti hərrac keçirilib. Budəfəki hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib.

  Beynelxalqinfo.com xəbər verir ki, komitədən verilən məlumata görə, alıcılar elektron qaydada sifariş verə, onlayn olaraq qoşula bilərlər.

Beləliklə alıcının heç bir yerə getməsinə ehtiyac qalmır. Bu isə məkan məfhumunu aradan qaldırır. Onlayn rejimdə iştirak edən şəxs 60 saniyə ərzində təklifini irəli sürməklə əmlak sahibi olur. Hərrac rəqabətli keçdikdə isə alıcılar əmlakın ilkin satış qiymətinin 1%-dən az olmayan yeni təklif edirlər.

Özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

Elektron hərracın tətbiqi prosesə olan marağı artırır. Bu isə öz növbəsində hərracı daha da rəqabətli edir. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, Bakının Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 12 min 500 manata olduğu halda ən son ­17 min 200 manat təklif edilib. Paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 68,2 kv.m olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 12 min 500 manat olsada 17 min manata sahibini tapıb.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az və ya emdk.gov.az portalına daxil olmaq kifayətdir. Bu isə özəlləşmə prosesində ictimai agahlıq və şəffaflıq prinsiplərini təmin edir.

Qeyd edilməlidir ki, Elektron hərracın köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Qoşulmaq üçün də prosedurlar olduqca sadədir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracın gedişatını izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır. Qiymətlərə gəlincə isə qeyd edilməlidir ki, əmlakın ilkin start qiyməti bazara uyğun olaraq müəyyənləşdirilib.(Xeberler.az)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir