“Qarabağ” afrikalı hücumçu alır?

Cənubi Afrika Respublikasının  “Mamelodi Sandaunz” klubunun futbolçusu Xama Billiat karyerasını Azərbaycanda davam etdirə bilər.

Beynelxalqinfo.com xəbər verir ki, “The Herald” nəşrinin yaydığı xəbərə görə, “Qarabağ” 28 yaşlı  hücumçunu transfer etmək istəyir.
Bildirilir ki, karyerasını Avropada davam etdirmək istəyən Zimbabve yığmasının üzvü klubunun ona təklif etdiyi yeni müqavilə ilə razılaşmayıb. Buna görə də baş məşqçi Pitso Osimane onu əsas komandadan kənarlaşdırıb.
Xəbərədə “Qarabağ”ın bu futbolçuya ayda 500 min Zimbabve dolları verməyə hazır olduğu deyd olunub. Billiatın satış qiyməti isə  2,5 milyon ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, Billiat 2013-cü ildən “Mamelodi Sandaunz”da çıxış edir. 2011-ci ildən Zimbabve millisində oynayan forvard 26 matçda 7 qol vurub. O, əvvəllər Zimbabvenin “CAPS Yunayted”, CAR-ın “Ayaks Keyptaun” komandalarında da çıxış edib.

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir