ASAN xidmət yerli vətəndaşlara da viza verəcək

Yaxın günlərdə “ASAN Visa” sistemində dəyişiklik ediləcək.

  Beynelxalqinfo.com bildirir ki, bunu müahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov  deyib.

Onun sözlərinə görə, yenilik isə odur ki, “ASAN viza 2.0” sisteminin yaradılmasına başlanılıb:

“Bu sistem Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi işini aparacaq. Hazırda sistem üzərində işlər gedir. Yeni xidmət üçün “ASAN xidmət”in bütün mərkəzlərində yeni şöbə yaradılacaq. Səfirliklərin ölkədəki şöbələri bir sistemə qoşulacaq və mərkəzlərdə yaradılan yeni şöbə bütün səfirliklərlərə aid vizalar üçün müraciətləri qəbul edə biləcək. Nazirliklərin elektron xidmətlərindən istifadə olunduğu üçün viza alınması əməliyyatı vətəndaşlar üçün daha da asanlaşdırılacaq. Artıq vətəndaşın özü ilə gətirməli olduğu sənədlərin sayı azalacaq, həmin sənədlər müvafiq qurumların sistemlərindən götürüləcək”.

Qurum rəsmisi onu da bildirib ki, həmçinin, bundan sonra “ASAN xidmət” mərkəzlərinin olduğu regionların vətəndaşları viza almaq üçün paytaxta gəlmək məcburiyyətində qalmayacaq, sənəd yığmalı, növbəyə durmalı olmayacaq:

“Vətəndaşlar ancaq viza sənədini götürmək üçün səfirliklərə gedəcəklər. 2018-ci ildə bu sistemin fəaliyyətə başlaması nəzərdə tutulub. Artıq pilot səfirliklərin seçilməsi işinə başlanılıb. İlkin olaraq Mərakeş səfirliyi seçilib. Litva və Birləşmiş Ərəb Əmirliklərinin səfirlikləri ilə bu istiqamətdə danışıqlar aparılır. Dövlət Agentliyində bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumlar ilə birgə İşçi Qrupu da yaradılıb”. (Report)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir