Meksikada daha bir jurnalist qətlə yetirildi

Meksikanın Tamaulipas ştatında dərc edilən “Diario de Nuevo Laredo” nəşrində çalışan  jurnalist Karlos Dominqes qətlə yetirilib.  

Beynelxalqinfo.com APA-ya istinadən xəbər verir ki, K.Domonqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb. İnsident zamanı onun yanında qızının olduğu bildirilir. K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.

Baş Prokurorluq araşdırmalara başlayıb.

Bir neçə gün əvvəl Meksikanın paytaxtında tanınmış jurnalist Xose Xerardo Martines qətlə yetirilib.

Qeyd edək ki, Meksikada 2017 il ərzində 12 jurnalist öldürülüb.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir