Yaponiyada güclü qar: Həlak olanlar var

Yaponiyanın qərbinə yağan güclü qar nəticəsində ən azı iki nəfər həlak olub, 16 nəfər xəsarət alıb.

  Beynelxalqinfo.com xəbər verir ki, bu barədə NHK telekanalı yanvarın 13-də yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

İnsanların həlak olması ilə nəticələnən bədbəxt hadisələr Hönşü adasının qərbində yerləşən Fukui və İşikava prefekturalarında baş verib. Daha çox xəsarət alanlar isə İşikava prefekturasında qeydə alınıb. Həmin prefekturada 11 nəfərin xəsarət aldığı bildirilir.

Ölkənin bəzi rayonlarında qarın qalınlığı 80 santimetrə çatıb ki, bu da ictimai nəqliyyatın hərəkətində problemlər yaradıb. Hokkaydo adasında ali məktəblərə qəbul imtahanı verənləri imtahanların keçirildiyi binaya çatdırmaq üçün polisin imkanlarından istifadə edilib./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir