“Ayla” Oskar komitəsini məhkəməyə verir

Türkiyənin Oskar mükafatına namizəd göstərilən “Ayla” filminin prodüseri Mustafa Uslu filmi izləmədən qiymət verdikləri üçün komitə üzvlərini məhkəməyə verməyə hazırlaşır.

  Beynelxalqinfo.com xəbər verir ki,  Oskar komitəsinin filmi axıra qədər izləmədiyini deyən prödüser ABŞ-ın məşhur hüquq müdafiəçilərindən biri ilə razılaşdığını deyib.

“Sadəcə Türkiyə tamaşaçısı yox, ABŞ-da daxil olmaqla 27 ölkənin izləyicisi “Ayla”nı çox bəyənib. Festivallarda üç zalda eyni adla təqdim olunan tək film “Ayla“dır. Siyasi bir oyuna qurban getdiyimizi düşünürəm. Komitə müharibələrdə ana-atalarını itiriən uşaqların dramına laqeyd qalmamalıdır. “Ayla”ya düzgün qiymət verilərsə, Oskarın ən böyük namizədlərindən biri olar”.

Qeyd edək ki, ötən ilin oktyabr ayında tamaşaçılara təqdim olunan Türkiyə istehsalı “Ayla” filmi Oskara namizəd kimi təqdim olunsa da, siyahıya düşə bilməyib./kult.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir