Selfie üçün dron

Son zamanlar hər bir sahədə olduğu kimi, selfie sənayesində də yeni tendensiyalar müşahidə olunur.

Beynelxalqinfo.com ict.az-a istinadən bildirir ki, bu yaxınlarda havada üç dəqiqə ərzində HD-şəkillər çəkə bilən “Air Selfie Drone” təqdim olunub.

Alüminium korpusa malik kompakt və mobil dron anti vibrasiyalı amortizator, 5-meqapiksel kamera və videoaxını saniyədə 30 kadr tezliklə 1080p translyasiya etmək imkanı ilə təchiz edilib.

Dronun qalxa biləcəyi maksimal hündürlük 20 metr təşkil edir ki, bu da şəkillərin ən maraqlı rakurslardan çəkilməsinə imkan verir.

Dron xüsusi ödənişsiz proqramın köməyi ilə mobil telefonlar vasitəsilə Wi-Fi-la idarə olunur.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir