İran-İraq sərhədində güclü zəlzələ

    İran-İraq sərhədində 15 dəqiqə ərzində iki zəlzələ baş verib.

Beynelxalqinfo.com xəbər verir ki, Avropa Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla 10:00-da qeydə alındığını bildirib. Birinci zəlzələnin 5.5, ikincinin isə 5.2 bal gücündə olduğu deyilir. Zəlzələnin episentrinin İranın Mandali qəsəbəsinin yaxınlığında olduğu vurğulanıb.

Yerli mənbələr zəlzələnin Bağdad və ətraf şəhərlərdə hiss edildiyini bildirib.

Qeyd edək ki, dünən də yerli vaxtla 19:26-da İranın Kirmanşah vilayətində 4,7 bal gücündə zəlzələ olmuşdu./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir