Dünyanın ən təhlükəsiz avtomobilləri müəyyənləşib – Video

Müstəqil qəza testlərinin keçirilməsi üzrə Avropa Təşkilatı (Euro NCAP) 2017-ci ilin ən təhlükəsiz avtomobilini müəyyənləşdirib.

Beynelxalqinfo.com xəbər verir ki, qiymətləndirmə nəticəsində 6 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.

Təşkilat nümayəndəsinin sözlərinə görə, testlərdə yeni və yenilənmiş 70-ə yaxın avtomobil modeli iştirak edib və qiymətləndirmə sərnişinlər (o cümlədən, azyaşlı sərnişinlər) və piyadaların təhlükəsizliyi baxımından aparılıb.

“Premium” kateqoriyasında “Volskvagen Arteon” ən təhlükəsiz avtomobil hesab edilib.

“Kompakt krossover” kateqoriyasında Volvo-XC60 modeli, “Mini krossover”lərdən – Volksvagen T-Roc testin qalibi olub.

“B” sinfində (kiçik avtomobil) “Volksvagen Polo”, “Kompakt” sinfində “Opel Crossland-X” birinci yeri tutub.

Ən təhlükəsiz “ailə avtomobili” isə “Subaru Impreza” və Subaru-XV modelləri müəyyən olunub./report

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir