Bu kitablar Azərbaycana buraxılmadı

   Beynelxalqinfo.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirədə komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

O qeyd edib ki, hesabat dövrü ərzində ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib.

Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir