“iOS 11.2.2” versiyası təqdim olunub

“Apple” şirkəti “iPhone”, “iPod Touch” və “iPad” qurğuları üçün “iOS 11.2.2” versiyasını çıxarıb.   İstənilən şəxs əməliyyat sisteminin yeni versiyasını yükləyə bilər. Bunun üçün qurğuda sazlamalar bölməsinə daxil olmaq, “Əsas” adlı altmenyuya keçmək və “Proqram təminatının yeniləməsi”ni seçmək lazımdır.

Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən yazır ki, bu yeniləmədə “Safari” brauzeri üçün təhlükəsizlik paketi nəzərdə tutulub. Həmçinin əməliyyat sisteminin yeni versiyası bu yaxınlarda “ARM”, “Intel” və “AMD” prosessorlarında aşkar edilmiş “Spectre” boşluğu vasitəsilə “iOS” sistemi ilə işləyən qurğuları müdaxilədən qoruyur.

“Apple” bütün istifadəçilərə yeni versiyanı quraşdırmağı tövsiyə edir, çünki hakerlər prosessorda aşkar edilmiş boşluğa görə “iPhone” və “iPad” sahiblərinin fərdi məlumatlarına müdaxilə edə bilər.

“iOS 11.2.2” versiyası aşağıdakı qurğularda dəstəklənir: “iPhone 5s” və daha sonrakı versiyalar, “iPad Air” və daha yeni, “iPod Touch 6”.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir