Ermənilər hakimiyyətə qarşı: Yürüş təyin olundu

Yanvarın 19-da Ermənistan paytaxtında etiraz yürüşü keçiriləcək.

Beynelxalqinfo.com xəbər verir ki, aksiya qiymət artımına etiraz məqsədilə keçiriləcək. Etiraz yürüşü barədə parlamentdəki “Çıxış” blokunun mətbuat xidməti bəyanat yayıb. Blokun açıqlamasında bildirilir ki, istehlak mallarının qiymətinin kəskin şəkildə artması cəmiyyətdə etiraz dalğasının artmasına səbəb olub. Etiraz aksiyasının təşkilatçıları ümid edir ki, hakimiyyət nəhayət, özünə gələcək və nəticə çıxaracaq. Bəziləri isə əmindir ki, hakimiyyət xalqı məhv etməyə belə hazırdır və hər hansı aksiya onu dayandırmayacaq.

Beləliklə, Serj Sərkisyanın prezident səlahiyyətlərinin başa çatmaqda olduğu dövrdə Ermənistanda gərginlik baş qaldırmaqdadır. Qeyd edək ki, 2008-ci ilin martında erməni xalqının qanını tökməklə hakimiyyəti qəsb edən Sərkisyanın səlahiyyətləri üç aydan sonra başa çatır./müsavat.com

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir