Dünya supergücləri Bakını niyə seçdi – 4 mühüm səbəb

Belə bir görüş üçün platforma olaraq Bakının seçilməsi bir sıra mətləblərdən xəbər verir.

Beynelxalqinfo.com xəbər verir ki, bunu Axar.az-a NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda gözlənilən görüşünü şərh edən politoloq Arzu Nağıyev deyib.

“Birincisi, görüş müstəvisi olaraq Bakının seçilməsi təhlükəsizliyə verilən təminat baxımından çox mühüm siyasi əhəmiyyət kəsb edir.

İkincisi, Azərbaycan balanslı siyasət yürüdür və heç bir hərbi blokun üzvü deyil, eyni zamanda, NATO və Rusiya ilə əlaqələr normal səviyyədədir.

Üçüncüsü, Bakı sözügedən görüşdə müzakirə olunacaq problemlərin aid olduğu ərazilərdən çox da uzaqda yerləşmir.

Dördüncüsü, Cənubi Qafqazda Gürcüstan və Ermənistanın seçilməməsinin səbəblərinə gəldikdə, Gürcüstan NATO-ya həddindən artıq yaxındır və alyansın diqtəsi ilə oturub-durur. Ermənistan isə Rusiyanın müttəfiqidir və burada rus bazaları yerləşir”, – ekspert bildirib.

Politoloq Skaparotti ilə Gerasimovun Bakıda müzakirə edəcəyi əsas məsələlərə də toxunub:

“Tam məxfi saxlanılsa da, görüşdə Suriya böhranı, terrorla mübarizə, ən əsası isə NATO və Rusiyanın toqquşma ehtimalı, Səudiyyə Ərəbistanında baş verənlərin müzakirə olunacağını düşünürəm. Eyni zamanda, Cənubi Qafqazda müəyyən antiterror əməliyyatların keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən məlumatların mübadiləsi də aparıla bilər”.

Qeyd edək ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bundan öncə Bakıda ABŞ Baş Qərargah rəisi Cozef Danford və NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə görüşüb.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir