“Apple” şirkəti yeni valideyn nəzarəti sistemini təqdim edəcək

Şirkət valideyn nəzarəti funksiyasının təkmilləşdirilməsi barədə investorların müraciətinə cavab verib.

Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən yazır ki, “Apple” şirkəti “iOS” əməliyyat sistemində valideyn nəzarəti funksiyasının yenilənməsi üzərində işləyir. Bu haqda şirkətin nümayəndəsi məlumat verib. Yenilənmiş proqram təminatı valideynlərə uşaqlarını smartfon asılılığından xilas etməkdə yardım edəcək.
Şirkətin nümayəndəsinin sözlərinə görə, “Apple” şirkəti etalon valideyn nəzarəti sistemini təqdim etməklə bu sahədə də yenilikçi olmağa ümid edir. Şirkət problemin həllinin vacibliyini anlayır və valideynlərin işini asanlaşdırmağı planlaşdırır.

Xatırladaq ki, “iOS” əməliyyat sistemində artıq valideyn nəzarət funksiyası mövcuddur. “iCloud” “bulud” sistemi vasitəsilə uşağın istifadə etdiyi qurğunun aktivliyini izləmək olar.

Bundan əvvəl “Apple”ın investorları şirkətə yazdığı açıq məktubda təhlükəsizlik sistemini yaxşılaşdırmağa çağırıblar.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir