2017-ci ildə dünyada smartfon istehsalı 6,5% yüksəlib

“TrendForce” analitiklərinin məlumatına görə, 2017-ci ildə smartfon istehsalçıları ümumilikdə təxminən 1,46 milyard aparat istehsal ediblər ki, bu da 2016-cı ilin göstəricisini 6,5% ötür.    Beynelxalqinfo.com “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən yazır ki, bununla belə, cari ildə mütəxəssislər zəif artım tempi proqnozlaşdırırlar, çünki smartfon istehsalçıları komponentlərin bahalaşması səbəbindən xərclərin artması ilə üzləşəcəklər. “TrendForce” şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə smartfonların illik istehsal həcmi 5% yüksələrək 1,53 milyard aparat təşkil edəcək.

Ayrı-ayrı şirkətlərin nəticələrini xarakterizə edən analitiklər bildiriblər ki, 2017-ci ildə smartfon sahəsinin lideri “Samsung” şirkəti ötən ilin nəticəsini 3% yaxşılaşdıraraq 320 milyon aparat istehsal edib. Mütəxəssislər hesab edirlər ki, 2018-ci ildə Cənubi Koreya nəhəngi smartfon bazarında birinci yeri qoruyub saxlayacaq, amma xəbərdarlıq edirlər ki, həm yüksək dərəcəli aparatlar seqmentində, həm də ucuz qurğular kateqoriyasında güclü rəqabət baxımından “Samsung” smartfonlarının istehsal həcmi 3% azalacaq.

Dünyada ikinci böyük smartfon istehsalçısı olan “Apple” korporasiyası 2017-ci ildə “iPhone” istehsalını 3% artırıb. Analitiklər 2018-ci ildə 7,5%-lik artım proqnozlaşdırıblar.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir