SpaceX kosmosa məxfi peyk buraxıb

SpaceX şirkəti kompaniyası yanvarın 8-nə keçən gecə ABŞ hökumətinin sifarişi ilə Zuma adlı peyki kosmosa buraxıb.

     Beynelxalqinfo.com xəbər verir ki, ötən ilin noyabr ayından bir neçə dəfə təxirə salınan start Falcon 9 daşıyıcı raketi vasitəsi ilə ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral burnundakı bazasından həyata keçirilib.

Xarici mediada da  peykin təyinatı barədə heç nə bildirilmir. Belə ki, şirkət rəsmiləri  və Pentaqon jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Yalnız onu öyrənmək mümkün olub ki, kosmik aparat ABŞ hökumətinin sifarişi ilə yer orbitinin aşağı qatlarına çıxarılıb.

Peykin orbitinin parametrləri və Zuma missiyasına aidiyyəti olan qurumun adı məxfi saxlanılır./xeberler.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir