AZAL işçi axtarır – Tələblər

Azərbaycan Hava Yolları QSC təyyarə bələdçisi işləmək istəyən xanımları işə dəvət edir.

AZAL-dan Beynelxalqinfo.com-a verilən məlumata görə, sənəd qəbulu 2018-ci il yanvarın 10-dan fevralın 10-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, azərbaycan, rus və inglis dillərində sərbəst danışan, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilərlər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3х4), xarici pasport, diplom, tibbi və xarici dil sertifikatları tələb olunur.

Bütün sənədlər Azərbaycan Hava Yolları (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir