Xəstəxanada robotlar gecə növbəsində xidmət göstərəcəklər

Yaponiyanın Nagoya Universitetinin xəstəxanasında fevraldan etibarən gecə növbəsində artıq robotlar xidmət göstərəcək.

Beynelxalqinfo.com  modern.az istinadən verdiyi məlumata görə, “Toyota” şirkətinin xəstəxana üçün xüsusi hazırladığı robotlar xəstələrə dərman verəcək, tibb bacılarına ləvazimatların daşınmasında və çatdırılmasında kömək edəcək. Xəstəxananın mərtəbələri arasında da hərəkət edəcək robotların axşam saat 5-dən səhər saat 8-dək xidmət göstərməsi planlaşdırılır.

Hər biri 90 litrlik dolaba sahib olan robotlar insanlarla qarşılaşdıqları zaman nəzakətlə davranacaq. Bununla da tibbi heyətin xəstəxanadakı iş yükü azalacaq və bir sıra problemlər aradan qalxacaq.

Xəstəxanada robotlardan ilk mərhələdə bir il müddətinə istifadə ediləcək. Əgər bu layihə uğurlu olarsa “Toyota” şirkəti ilə daha uzunmüddətli müqavilə imzalanacaq.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir