Gözəl görünməyin bəzi yolları

Hər bir dərinin özünəməxsus xüsusiyyəti var. Kimisi quruluqdan, kimisi də yağlılıqdan şikayətlənir. Bunun üçün hər dəri növünə uyğun olan maskalardan istifadə edilməlidir.

Beynelxalqinfo.com aşağıdakı maskaları təqdim edir:

Nəmləndirici maska:

2 qaşıq yağlı kəsmiyi 1 çay qaşığı təbii meyvə şirəsi ilə qarışdırın. Qarışığın üzərinə 1 çay qaşığı yumurta sarısı və 1 çay qaşığı kamfora yağı əlavə edib, yaxşıca qarışdırın. Maskanı üzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə
yuyun.

Gözətrafı qırışlara əlvida:

Qızılgül, santal və neroli efir yağlarının hərəsindən 1-2 damcı qarışdırıb, gözətrafına çəkin.

Sellülitə “yox” de!

Gerani, limon, fenxel, paçuli, rozmarin və kiparis efir yağlarının hərəsindən 1-2 damcı əlavə edib, qarışdırıb, problemli yerlərə çəkin.

Saçların daha da gözəlləşsin:

Saçları içinə 5-7 damcı jajoba yağı əlavə olunmuş şampunla yuyun. Bu qarışıq saçlara parlaqlıq verib, onların kökünü bərkidəcək. Saç tökülməsinin qarşısını almaq üçün təmiz saçları zəncəfil və evkalipt dəmləməsi ilə yaxalayın.

Dişlərini ağart:

Limon şirəsi sıxılmış pasta ilə dişləri fırçalamaqla onları bəyazlaşdırmaq olar./axsam.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir