Türk ordusundan PKK-ya ağır zərbə – Əməliyyat

Türk ordusunun Diyarbəkirin Licə mahalında 3 gün əvvəl başlatdığı “Bayraq-73 şəhid jandarma Osman Kaya-2” əməliyyatı başa çatıb.

Beynelxalqinfo.com xəbər verir ki, bu barədə Diyarbəkir valiliyindən informasiya yayılıb.

Əməliyyat nəticəsində terrorçular tərəfindən hazırlanmış partladıcı qurğular zərərsizləşdirilib. Bundan əlavə 2 sığınacaq, 1 müşahidə məntəqəsi və 15 mağara aşkarlanaraq məhv edilib.

Qeyd edək ki, valilik vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməliyyatların davam etdiriləcəyini açıqlayıb./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir