Gürcülər Ukrayna ordusunu tərk etdi

Gürcü legionu komandanlığın qanunsuz fəaliyyətlərini səbəb göstərərək Ukrayna ordusunun 54-cü briqadasının tərkibindən çıxıb.

Beynelxalqinfo.com xəbər verir ki, bu barədə legionun Feysbuk hesabında yazılıb.

“2017-ci il dekabrın 20-də gürcü legionu komandan Aleksey Maystrenkonun və onun ətrafının səriştəsizliyi, habelə qanunsuz əmrləri ilə əlaqədar 54-cü briqadanın heyətini tam tərkibdə tərk edib. Yaxın günlərdə 2017-ci ilin dekabrın 16-da keçirilən gürcü legionu və 25-ci batalyonun 11 döyüşçüsünün yaralandığı əməliyyatın detalları barədə mətbuat konfransında mütləq məlumat veriləcək”, – gürcü legionundan bildirilib.

Legionda həmçinin qanunsuz əmrləri ifşa edəcəklərindən qorxaraq yaralı gürcü hərbçilərin briqada rəhbərliyi tərəfindən hərbi qospitaldan çıxarıldığı da qeyd olunub./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir