Putin bu ölkəni 2 həftəyə tam işğal edəcəkdi…

Baltikyanı ölkələri hətta NATO-nun dəstəyi olmadan Rusiyanın mümkün təcavüzünə cavab verməyə hazırdır. Onlar Ukraynanın işğalçılara qarşı müharibəsinin təcrübəsini fəal öyrənirlər.

Beynelxalqinfo.com xəbər verir ki, bunu “RAND Corporation” analitik şirkətinin materialını şərh edən “Aydar” batalyonunun sabiq könüllüsü, Beynəlxalq Demokratiya İnstitutunun eksperti Yevgeni Dikiy “ObozTV”nin efirində deyib.

“Real həyatda hər şey tamamilə başqa cür görünür. Bu məqalənin müəllifinin məntiqinə söykənsək, onda Ukrayna indi sadəcə xəritədə mövcud olmazdı. Rəqəmlərə istinad etsək, Ukrayna 2014-cü ildə heç bir şansa malik deyildi, ölkəmiz 1-2 həftə ərzində işğal edilməli idi. Amma biz işğal altında yaşamırıq və uşaqlar şərq cəbhəsini çox yaxşı saxlayırlar. Biz ərazinin yalnız 7 faizini itirdik”, – ekspert vurğulayıb.

O, Rusiyanın Baltikyanı ölkələrə hücumunu istisna etmədiyini bildirib:

“Baxmayaraq ki, hansı cavab addımların atılacağını Putinə qabaqcadan bildiriblər, Rusiya rəhbərliyinin bunu edəcəyini istisna etmirəm. Baltikyanı ölkələr 2014-cü ildə təcavüzə hazır deyildilər və bizdə baş verənləri qorxu ilə izləyirdilər. İndi isə Amerika tankları bu ölkələrdədir. Onları sayı az olsa da, əsas odur ki, onlar amerikalılardır”.

Xatırladaq ki, “RAND Corporation” analitik şirkətin məlumatlarına istinad edən ABŞ-ın “The National Interest” jurnalı 2018-ci ildə Rusiyanın Baltikyanı ölkələri – Litva, Latviya və Estoniyanı tutmağa çalışa biləcəyini yazıb. Nəşr bildirir ki, Rusiya 845 min əsgərdən istifadə edərək 3 Baltikyanı ölkəni işğal etməyi bacaracaq.

Daha əvvəl isə qalmaqallı Rusiya siyasətçisi, Dövlət Dumasının deputatı Vladimir Jirinovski bildirib ki, Brüsseldə Ukraynanın NATO-ya qəbulu haqqında məsələnin müzakirəsi başlanacağı anda Rusiya qoşunları Almaniyanın sərhədində dayanacaqlar.

“Biz heç vaxt icazə verməyəcəyik ki, NATO bizim sərhədlərimizdə dayansın. Baltikyanı ölkələrin NATO-ya qəbulu bir səhv idi. Daha növbəti səhv olmayacaq, bu haqda NATO-da da bilirlər. Ona görə də deyirlər ki, Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hələ hazır deyil…” – Jirinovski “Rossiya-1” telekanalının efirində bildirib.

Dövlət dumasının deputatı hesab edir ki, NATO-da Rusiyadan qorxurlar:

“Rusiya tankları Almaniya sərhədinə yaxınlaşacaq və iki saat ərzində Berlini, Vyananı, Parisi və Londonu götürmək olacaq. Bu, onlar üçün son olacaq”.

Rusiya siyasətçisi Ukraynanın SSRİ-nin, Polşa, Finlandiya və Baltikyanı ölkələrin Rusiya imperiyasının tərkibindən çıxışının “qanunsuz” olmasından danışıb. Jirinovski söz verib ki, “qədim rus torpaqları”nın NATO əsgərləri tərəfindən tapdalanmasına imkan verməyəcək./publika.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir