Azərbaycanı su qıtlığı gözləyir? – Qlobal istiləşmə

Yer kürəsi 5 dəfə istiləşmə, 4-5 dəfə də buzlaşma dövrü keçib. Bu proses mütəmadi olaraq 60-70 ildən bir baş verir.

Beynelxalqinfo.com xəbğr verir ki, bunu Axar.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov söyləyib. Onun sözlərinə görə, qlobal istiləşmə ölkəmizdə su qıtlığına gətirib çıxarmayacaq:

“Deyilənə görə, qlobal istiləşmə nəticəsində buxarlanma artacaq, yağıntıların miqdarı azalacaq, su qıtlığı yaranacaq. Hər şey Allahın əlindədir. Camaatı qorxutmaq olmaz. İndi də deyirlər ki, 2030-cu ildə Azərbaycan su qıtlığı ilə üzləşəcək. Bu, tamamilə yanlış fikirdir. Bizim bütün dağlarımızın başı qardır. Bundan əlavə, bizim yeraltı sularımız var. Əgər bizim yerüstü sularımız, çaylarımız, göllərimiz 0,001% təşkil edirsə, yeraltı sularımız 2%-dir. Görün yeraltı sular neçə min dəfə çoxdur? Bunların hamısı kommersiya oyunlarıdır. Təəssüf ki, bizim alimlər də su qıtlığının yaranacağı fikrini təsdiq edirlər. Onlara sual vermək istəyirəm: hardan bilirsiniz? Həmin alimlər Amerikanın sifarişini yerinə yetirirlər”.

Qeyd edək ki, iddiaya görə, qlobal istiləşmə 2070-ci ildə 30%-ə çatacağı təqdirdə Yer kürəsi səhralığa çevriləcək.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir