Yeni elektron burun hazırlanıb

İspaniyanın Valensiya Politexnik Universitetinin alimləri hər hansı ağrılı və xoşagəlməz prosedurlar olmadan bağırsaq xəstəliklərini aşkar edə, Kron və xoralı kolit xəstəliklərini fərqləndirə bilən elektron burun hazırlayıblar.

Beynelxalqinfo.com Xeberler.az-a istinadən məlumat verir ki, Moosy 32 eNose adlandırılmış qurğu, həmçinin xəstəliyin nə zaman aktiv mərhələyə daxil olduğunu da göstərə bilir.

90 faiz dəqiqliklə işləyən qurğu artıq uğurla sınaqdan keçirilib. Hazırda alimlər diaqnostik alqoritmin təkmilləşdirilməsi ilə məşğuldurlar.

Elektron burun, həmçinin bağırsaq xərçənginin diaqnostika vasitəsi kimi araşdırılır.

Digər tədqiqatlar nəticəsində məlum olub ki, sistem suyun mikrobik çirklənməsinin aşkarlanması və meyvələrin yetkinlik dərəcəsinin təyini üçün də tətbiq edilə bilər. İstehsalçıların fikrincə, gələcəkdə qastroenteroloqlar bu qurğudan geniş istifadə edəcəklər.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir