Dünyada bütün kompüter və smartfonlar təhlükədədir

Google tərəfindən dünyanın ən böyük istehsalçı prosessorlarında aşkar edilən boşluq bütün texnologiya dünyası təhlükə ilə qarşı-qarşıya qoyub.

Beynelxalqinfo.com Xeberler.az-a istinadən məlumat verir ki, istehsalçı prosessorlarında aşkar edilən Meltdown və Specter kimi tanınan kritik təhlükəsizlik boşluqları sektoru səfərbər edib.

Məlum olduğu kim, demək olar bütün dünyanın kompüter, tablet  və smartfonları Intel, AMD və ARM prosessorları istifadə edir.

Ekspertlər bildirir ki, bu prosessorlarda aşkar edilən bu problem cihazın marka və əməliyyat sistemindən asılı olmayaraq bütün avadanlıqlar üçün təhlükəlidir.

Google tərəfindən tapılan Specter və Meltdown boşluğu kibercinayətkarların istifadəçilərin parol və şəxsi məlumatlarının oğurlanmasına imkan verir.

Ekspertlər serverlərin və məlumat mərkəzlərinin də təhlükədə olduğu barədə xəbərdarlıq edir.

Qeyd edək ki, hələlik problemin konkret olaraq nədən qaynaqlandığı və həll yolu məlum deyil.

Bu təhlükədən qorunmaq üçün artıq  Linux, Android, MacOS və Windows   yeniləmə təqdim edib.

İstifadəçilərə bu yeniləmələri yükləmələri tövsiyə edilir.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir