İran aksiyalarından tanınmışlar nələr yazdı? – Sitatlar

Artıq bir neçə gündür ki, azərbaycanlıların Feysbuk gündəmi İranda baş verən hadisələrdir. Qonşu ölkədə yaşananları tanınmışlar fərqli şəkildə şərh edir.

 Beynelxalqinfo.com Axar.az-a istinadən sosial şəbəkə istifadəçisi olan tanınmışların bu haqda yazdıqlarını təqdim edir:

Fazil Mustafa: “Bu ABŞ-ın sevgisini, istəyini anlamaq hələ də mümkün olmur. İranda azacıq qımıldanma görən kimi dərhal rəsmi açıqlama verdilər ki, bəs “ABŞ İran xalqının yanındadır”.

Yaxın keçmişimizdə Misir, Liviya, Suriya, Ukrayna ilə bağlı açıqlamalarda da təqribən bu ifadələr yer alırdı. Bunun şifrəsini başqa bir yerdə izahlı lüğətlərdə axtarmayın, bütün məsuliyyətimlə deyirəm, siz də qeyd edin: ABŞ İranda xaosun yanındadır”.

Qadir İbrahimli: “İranı SSRİ ilə müqayisə edirlər. SSRİ federasiya idi, İran unitar dövlətdir. Şimali Azərbaycan dövləti 100 il öncə qurulub. SSRİ-nin tərkibində olanda belə formal da olsa, dövlət müstəqilliyini saxlayırdı. Ən azı SSRİ Konstitusiyasına görə, müttəfiq respublikaların, o cümlədən də Azərbaycanın SSRİ tərkibindən ayrılmaq və müstəqil yaşamaq hüququ vardı. Tarixi şərait yetişəndə bu formallıq reallığa çevrildi. Ən başlıcası isə Azərbaycanın öz təhsili, səhiyyəsi, iqtisadiyyatı, elmi və incəsənət eltası vardı. Cənubi Azərbaycanda isə bunların nəinki heç biri, adicə muxtariyyəti belə yoxdur”.

Şahin Cəfərli: “ABŞ və İsrail kəşfiyyatlarının İran daxilində eyni anda 40 şəhərdə xalqı ayağa qaldıracaq qədər güclü mövqelərə sahib olduqları inandırıcı görünmür. Xalq nə qədər narazı olursa olsun, bu, mümkün deyil”.

Elxan Şahinoğlu: “İrandakı son proseslərin bu ölkənin dəyişikliyə hamilə olduğu qənaətindəyəm. Əgər belə olacaqsa, İranda yaşayan azərbaycanlılar da bu proseslərdən kənarda qala bilməyəcək və öz haqları uğrundakı mübarizəni istər-istəməz gücləndirəcəklər”.

Yadigar Sadıqov: “İran etirazlarının müvəffəqiyyətlə nəticələnməsi yolunda başlıca maneə təşkilatçılıq və rəhbərlik edəcək qüvvənin hələ ki, görünməməsidir. Nəticədə aksiyalar kortəbii davam edir. Belə hal isə hərəkatı xaos, primitiv talançılıq, xuliqanlıq girdabına yuvarladacaq”.

Əkrəm Həsənov: “İranlılar rejimdən narazı olsalar belə, onu yıxmağa qalxmaları ehtimalı aşağıdır. Dövlətçilik ənənələri buna yol verməyəcək. İrandakı molla rejiminin yaxında süqutunu gözləməyə dəyməz. Cənubi azərbaycanlıların da kütləvi olaraq İrandan vaz keçmələri xülyadır. Çünki millətçilik ideologiyası aktual deyil”.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir