Rusiyadan Azərbaycana iki aviareys dayandırıldı

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” aviaşirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini ləğv edib.

Beynelxalqinfo.com Trend-ə istinadən məlumat verir ki, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub. Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Sankt-Peterburq – Qəbələ və Jukovski – Gəncə reyslərinə icazə ləğv edilib.

Bu qərara daşıyıcı tərəfindən uçuşların müəyyən edilmiş müddət ərzində həyata keçirilməməsi səbəb olub.

Qeyd edək ki, “VİM-Avia” ötən ilin oktyabrında borcları ilə əlaqədar olaraq bütün uçuşları dayandırmışdı.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir