Nalbəndyanın illik hesabatında Qarabağ təxribatı

Ermənistan mütəmadi olaraq Dağlıq Qarabağın yekun statusu ilə bağlı oxşar fikirlər səsləndirir.

Beynelxalqinfo.com xəbər verir ki, bunu Axar.az-a Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın ilin yekunlarına həsr olunmuş çıxışını şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Qarabağ münaqişənin paket həllindən söhbət belə gedə bilməz:

“Çünki mərhələli həll planı tənzimlənmə prosesinin ana xəttini təşkil edir. Bu günədək masa üzərində olan sənədlərin heç birində münaqişənin paket həlli nəzərdə tutulmayıb. Hətta Ermənistan rəhbərliyi də son illər ərzində çeşidli adlar altında təqdim olunan proses və prinsiplərlə bağlı açıqlama və bəyanatlarında bu barədə söz açmayıb. Digər tərəfdən, münaqişənin həlli üçün ilk növbədə işğala son qoyulmalıdır ki, artıq bu yanaşmanın özü belə paket həlli variantını istisna edir. O ki qaldı Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendumun keçirilməsinə, mövcud Azərbaycan Konstitusiyasına görə, ölkənin hər hansı bir inzibati ərazi subyektində referendum keçirilə bilməz. Ümumxalq səsverməsi Azərbaycanda kompleks hüquqi anlayışdır və bütövlükdə Azərbaycan xalqının iradəsini ehtiva edir. İşğal altındakı Dağlıq Qarabağda referendum keçirilərsə, bunun nəticəsinin necə olacağı indidən aydındır. Dağlıq Qarabağ tamamilə erməniləşdirilib və Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Edvard Nalbəndyan yenidən paket həllindən danışırsa, bu o deməkdir ki, işğalçı ölkə bu il də ənənəvi davranışlarını davam etdirəcək və vaxt udmağa çalışacaq”.

Qeyd edək ki, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan başa çatmaqda olan ilin yekunlarında Qarabağ probleminə toxunub və bildirib ki, həmsədrlərin irəli sürdüyü sənəddən hansısa birini xüsusi seçdirmək olmaz, çünki bu paket həll variantıdır. “Orada çox mühüm bir təklif var: Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetməsi əsasında müəyyən edilməlidir. Özü də müqəddəratı təyinetmə azad şəkildə həyata keçməli, beynəlxalq hüquqi qüvvəyə malik olmalı və o cümlədən Azərbaycan üçün də məcburi xarakter daşımalıdır”, – Ermənistan XİN başçısı qeyd edib.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir