İranda etirazlar davam etsə, neft fontan vuracaq

İrandakı etiraz aksiyaları, eləcə də OPEK və qeyri-OPEK ölkələrinin hasilatı azaltmaqla bağlı qərarı neft qiymətlərini 2015-ci ildən bu yana ən yüksək həddə çatdırıb.

Beynelxalqinfo.com xəbər verir ki, hazırda neft son 38 ayın ən yüksək səviyyəsinə qayxıb. İranın iddiasına görə, OPEK-in üçüncü ən böyük hasilatçısı olan İrandakı etiraz aksiyaları neft hasilatına təsir etməyib. Lakin ekspertlər bunun əksini düşünürlər.

“Faynəyşıl Tayms” qeyd edir ki, ekspertlər geosiyasi risklərin son 3 il ərzində neft bazarına yenidən təsir etdiyini bildiriblər. Bu risklər təkcə İranla kifayətlənmir. Liviya və İraq Kürd Muxtariyyətindəki olaylar da bu riskləri artırır.

İddiaya görə, neft bazarlarına həm də ABŞ-ın kommersiya neft anbarlarındakı ehtiyatın martdan bu yana 20% azalması da güclü təsir göstərir.

İqtisadçı Bjarne Şildrop isə İrandakı vəziyyətin nəzarətdən çıxmasının neft bazarını silkələcəyini düşünür:

“Tehranın neft ixracatındakı fasilələr neft qiymətlərinə güclü təsir göstərəcək. İran neftinin ixracı tam dayanarsa, “Brent” neftinin bir barrelinin qiyməti 100 dolları keçə bilər”.

“Sakso Bank”ın ekspertin Ole Hansenin fikrincə isə neft qiymətlərinə əsas iki amil – Rusiya ilə OPEK arasında hasilatın ixtisarına dair razılaşmanın bundan sonra da davam etməsi və Amerika nefti təsir göstərəcək.(axar.az)

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir