Donald Tramp :”Mənim nüvə düyməm səninkindən böyükdür”

“Mənimdə “nüvə düyməm” var və onunkindən daha böyük,daha qüdrətlidir və o işləyir!”

 ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın “nüvə düyməsi” ilə bağlı bəyanatına cavab verib.

Beynelxalqinfo.com “Report”a istinadən  xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

“Şimali Koreya lideri bəyan edib ki, onun “nüvə düyməsi” daima masasının üzərindədir. Acından ölən, zəifləmiş rejimindən kimsə, zəhmətə olmasa, ona məlumat versin ki, mənimdə “nüvə düyməm” var və onunkindən  daha böyük və daha qüdrətlidir. Və o işləyir!” — deyə D. Tramp özünün Twitter hesabında yazıb.

Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar xalqı qarşısında çıxış edən Şimali Koreya lideri bəyan edib ki, nüvə raketlərini işə salacaq düyməni hazır saxlayıb. O bildirib ki, ABŞ onun ölkəsini təhdid edəcəyi halda,  o masasının üzərində olan “nüvə düyməsini” basa bilər.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir