Türkiyə rublda istiqraz buraxmaq niyyətindədir

Türkiyə höküməti dövlət borc öhdəlikləri üzrə müxtəlif pul vahidləri, o cümlədən Rusiya rublunda qiymətli kağızlar buraxmaq niyyətindədir.

Beynelxalqinfo.com “Report”a istinadən xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

“Biz dövlət borc öhdəlikləri üzrə ciddi şahələndirməyə daxil oluruq, yeni ölkələrə böyük həcmdə vəsait yönəldirik. İlk dəfə olaraq biz “Yol şousunu” Rusiyada həyata keçirdik, Rusiya rublunda olan istiqraz bazarını təhlil etdik və ilkin reaksiyalar müsbət oldu. 2018-ci ildə biz çalışacayıq bondlarımızı (istiqrazlar – Red.) rublda satmağa cəhd edək. Bununla yanaşı biz “panda-bondlar” (Çin yuanında satışa çıxarılan – Red.) bazara çıxış əldə etmək qərarına gəldik. Biz maliyyə münasibətləimizi Türkiyədə fəaliyyətə başlayan Çinin ICBC bankı vasitəsisə inkişaf etdirəcəyik,” — deyə baş nazirin müavini Mehmet Şimşek deyib.

O əlavə edib ki, Türkiyə dövlət borc öhdəliklər ilə bağlı qiymətli kağızlar buraxarkən Yaponiya və Yaxın Şərqin maliyyə bazarlarına da çıxa bilər.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir