“Etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır”

İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır.

   Beynelxalqinfo.com Trend-ə istinadən bildirir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib.

O qeyd edib ki, həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər:

“Bizim təhlillərimizə əsasən, İran əleyhinə yeni “heşteq”lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb”.

Ə.Şamhani etirazların bir neçə gündən sonra başa çatacağını bildirib.

Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 10 nəfərin öldüyü bildirilir.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir