İranda sosial şəbəkələrə girişin dayandırılması təkzib edildi

İranda sosial şəbəkələrə girişin müvəqqəti dayandırılması təkzib edildi.   Beynelxalqinfo.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə İranın informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrumi hökumət əleyhinə aksiyalar fonunda sosial şəbəkələrə girişin müvəqqəti dayandırılması barədə məsələyə münasibət bildirərkən deyib.

Qeyd edək ki, dünən “Reuters” agentliyi İranın IRIB Dövlət Televiziyasına istinadən hakimiyyətin “Instagram” sosial şəbəkəsi və “Telegram”-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb. “Telegram”-ın bağlandığını onun yaradıcısı Pavel Durov da təsdiqləyib. P. Durov deyib ki, İran hakimiyyəti messencer administrasiyasından aksiya iştirakçılarının informasiya mübadiləsi məqsədi ilə istifadə etdikləri bir neçə “Telegram” kanalının bağlanmasını istəyib. Ancaq bu istəyi qəbul edilməyən İran hakimiyyəti ümumiyyətlə, “Telegram”-a girişi bağlayıb.

“Associated Press” agentliyi isə şənbə günü 2, dünən isə 10 nəfər olmaqla, etiraz aksiyalarında 12 nəfərin öldüyü barədə məlumat yayıb.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir