Infiniti-dən yeni QX50 – FOTO

Dünya premyerasına cəmi bir neçə gün qalmış internetdə yeni nəsil yolsuzluq avtomobili Infiniti QX50-nin ilk rəsmi rəsmləri fotoları yayılıb. Premial avtomobil seqmenti SUV-un debütü Los-Anceles-2017 beynəlxalq avtosalonu çərçivəsində keçiriləcək.

Beynelxalqinfo.com auto.az-a istinadən bildirir ki, ıeriyalı krossover Infiniti QX50 (2019-cu model ili) bir çox cəhətlərinə görə yapon istehsalçının bir qədər əvvəl təqdim etdiyi Infiniti QX50 Concept-ini təkrarlayır. Faktiki olaraq, cəmi bir fərqli cəhət qabaq hissədə nadir faralar, xromların az olması və yenilənmiş aerodinamik asmadır.

Konsept kimi, seriyalı krossover Infiniti QX50-nin də banında perimetr boyu plastik qoruyucu var. Avtomobilin, həmçinin yan pəncərələrində xrom işləmələr var. Güman edilir ki, avtomobilin əsasında yeni platforma dayanır və o, sələfinə nisbətən 23 faiz sərtdir.

Bundan əlavə, yeni nəsil kompakt premial krossover Infiniti QX50 innovasiyalı 4-silindrli güc qurğusu VC-Turbo almalıdır. Mühərrik 269 a.g. və 380 Nm fırlanma anı verə bilir.

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir