2017-ci ilin “Ən yaxşı mahnısı” seçildi

Məşhur “Rolling Stone” dərgisi 2017-ci ilin 50 ən yaxşı mahsından ibarət siyahı hazırlayıb. 

Beynelxalqinfo.com Axşam.az-a istinadən xəbər verir ki, jurnal ötən ilin ən yaxşı bəstəsi kimi britaniyalı Harri Staylsın “Sign of the Times” mahnısını seçib.

Siyahıda ikinci yeri yeni zelandiyalı müğənni Lordun “Homemade Dynamite” mahnısı tutub. Üçdə isə repçi Kenrik Lamarın “Humble” bəstəsi qərarlaşıb.

Beşliyə həmçinin Kadri Binin “Bodak Yellow” bəstəsi və “U2” qrupunun “Lights of Home” mahnısı düşüb.

Eyni zamanda Top-10-luğa bunlar daxil olub: ispandilli Luis Fonsi və Deddi Yankinin “Despacito”su, “Bad and Boujee” (“Migos” qrupu və Lil Uzi Vert), “Feel It Still” (“Portugal. The Man” rok qrupu), “Lust for Life” (Lana Del Rey və “The Weeknd”).

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir